“Komandada bir nəfər erməni var, ancaq oynamır.
Gələcəyi haqda hələ qərar verilməyib”.
“Ximki-2”də köməkçi-məşqçi vəzifəsini yerinə yetirən Emin Ağayev Sportinfo.az-a açıqlamasında Sergey Mosiyan komandadakı gələcək aqibəti barədə danışıb.
Əslən düşmən ölkədən olan 20 yaşlı futbolçu iki həftədir azərbaycanlı məşqçilərin rəhbərliyi altında çalışır. Lakin Azərbaycanla Ermənistan arasındakı siyasi vəziyyəti nəzərə alsaq, hazırkı durumun nə qədər davam edəcəyi sual doğurur.
Danil “Ximki-2”də qalacaqsa, Nazim Süleymanovun ona münasibəti necə olacaq? Və ya futbolçunun valideynləri Mosiyan azərbaycanlı çalışdırıcının rəhbərliyi altında oynamasına razı olacaqmı?
Ağayev bu mövzuda nisbətən ehtiyatlı danışıb:
“Biz gələndə o, komandadaydı. Burda futbolçuların əksəriyyətinin klubla müqaviləsi var.
Elələri də var ki, yarımpeşəkar müqavilə ilə anlaşıb. Bu da yarımpeşəkar müqaviləyə qol çəkib.
Biz burda məşqçilik edirik, yəni icraçılarıq. Klubun rəhbərliyi var. Gələn kimi səbəbsiz yerə kimisə komandadan uzaqlaşdırmaq heç bir halda doğru olmaz.
O, əslən erməni olsa da, burda doğulub, böyüyüb. Hələ ki, komandadadır, sabah necə olacağını deyə bilmərəm.
Məşqlərini edir, hamıyla normal münasibət saxlayır. Bilirəm, bu məsələ narahatlıq doğurur.
Amma vəziyyət elədir ki, bəzən siyasəti idmana qatmaq və sərt qərar qəbul etmək doğru deyil”.
Nazim Süleyamanovun Rusiyanın İkinci Liqasında mübarizə aparan “Ximki-2”yə baş məşqçi təyin olunmasından sonra Emin Ağayev klubun U-19 komandasını çalışdırmaqdan imtina edərək Süleymanova kömək etməyə qərar verib.
HƏBİB

