Rusiya klubunun futbolçusu Azərbaycan millisini istəyir

22 Fevral 2023 03:00 Gündəm 3 066
Rusiya klubunun futbolçusu Azərbaycan millisini istəyir

"Rodina"nın yarımmüdafiəçisi Ruslan Fişenko yaydan sonra Azərbaycan yığmasında çıxış edə bilər.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Fişenkoya AFFA-dan təklif var.

Amma o, Rusiya Premyer Liqasında oynamaq üçün bundan imtina edib. Məlumata görə, qonşu ölkə klubunun üzvü yayda Azərbaycan millisinin təklifini qəbul edərək yığmamızda oynaya bilər.

Bununla yanaşı, Ruslanın Azərbaycan klublarından birinin təklifini qəbul etmək ehtimalı da var.

Onun xidmətində "Neftçi" və "Sabah" klubları maraqlıdır. Lakin yarımmüdafiəçinin Rusiya Premyer Liqasından təklifi olacağı təqdirdə, karyerasına həmin liqada davam etdirməsi də mümkündür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti