Rövnəq Abdullayev gələn ay prezident postunu tərk edəcək? - AFFA-da MÜHÜM GƏLİŞMƏLƏR

20 Fevral 2023 10:40 Gündəm 1 475
Rövnəq Abdullayev gələn ay prezident postunu tərk edəcək? - AFFA-da MÜHÜM GƏLİŞMƏLƏR

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı dəqiqləşib.

Toplantı martın 7-də olacaq.

Konfransdan dərhal sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək. “Fairmont” hoteldəki tədbir saat 10:00-da start götürəcək.

Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

- Prezident tərəfindən iclasın açıq elan edilməsi

- Konfransın tərkibinin yoxlanılması;

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;

- Maliyyə hesabatlarının təsdiq olunması;

- Müstəqil auditorun hesabatını nəzərə almaq;

- Hər hansı vakant vəzifəyə seçkilər;

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması;

- Digər məsələlər.

Redaksiyamıza daxil olan məlumata görə, AFFA-da struktur dəyişikliyi gözlənilir. Vəzifə və səlahiyyət bölgüsünün aparılması gündəmdədir.

Düzdür, bu, hələ tam dəqiqləşməyib, amma SOCAR-ın baş sponsoru olduğu federasiyaya müvafiq təlimatlar verməsi bizə məlumdur.

2008-ci ildən qurumun prezidenti olan Rövnəq Abdullayevin istefası? Mənbələr bunu istisna eləmir.

Dördüncü müddətə bu vəzifəni tutan SOCAR-ın sabiq rəhbərinin futbolla bütün bağlantıları kəsmək istəməsi çlxdan məlumdur.

Amma bu da faktdır ki, gələcəyi ilə əlaqəli məlum qərarı təkbaşına vermək Abdullayevin gücü daxilində deyil.

AFFA martın 7-də Premyer Liqa və I Divizionun yeni mövsümə aid tərkibi ilə bağlı qərarını açıqlayacaq. Lisenziyalaşdırma Qrupunun hesabatı dinlənəcək və hər iki yarışın iştirakçılarının sayı dəqiqləşəcək.

Premyer Liqa təmsilçilərinin əvəzedici komandalarının I Diviziondan ayrılaraq ayrıca çempionatının bərpası, həmçinin Region Liqasından birinci liqaya gələcək kollektivlərin adları burada bilinəcək. Hər halda son gəlişmə bu yerdədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!