"Qarabağ"ın çətin günü və ya harada qalmışdıq? - VİDEO

16 Fevral 2023 14:00 Gündəm 553
"Qarabağ"ın çətin günü və ya harada qalmışdıq? - VİDEO

"Qarabağ" Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində bu axşam "Gent"i qəbul edəcək.

Elçin Cəfərov qarşılaşma öncəsi hər iki komandanın oyun planını müqayisə edib.

Tanınmış telejurnalist Etopaz-ın sponsorluğu ilə yayımlanan «Sportinfo TV»nin «Futbol söhbəti» verlişində bu haqda düşüncələrini bölüşüb.

O, Azərbaycan çempionunun hansı formatda meydançaya çıxmasının vacibliyini vurğulayıb. Tanınmış ekspert deyib ki, "Qarabağ"ın heyətində ciddi problemlər var.

Hər halda qapıçı Şahruddin Məhəmmədəliyevin zədələnərək yaşıl meydandan uzun müddətə kənarda qalması, müdafiənin dayaqlarından olan Kevin Medinanın cəzalı olması ağdamlıların oyununa təsir edə bilər:

“Xüsusilə kolumbiyalı legionerin topu oyuna daxil etmədəki rolunu vurğulamaq olar. Hələ üstəlik, hücum gücündə əsas fiqur sayılan Kadi Borgesin komandadan ayrılması da Qurban Qurbanovun oyun planında ciddi boşluqlar yarada bilər.

Yeni transferlər Diakabi, Benzia və Cicadan qısa müddətdə qeyri-adi nəsə gözləməyə dəyməz. Bütün bunların fonunda, əlbəttə ki, qapıçı mövqeyi sual doğurur.

Qurban Qurbanovun qapıya Luka Quqeşaşvili, yoxsa Amin Ramazanovu qoyacağını təxmin etmək çətindir. Amma bundan əvvəlki daha çətin qarşılaşmalarda təcrübəli mütəxəssis gənclərə inam bəsləyib.

Düşünürük ki, «çərçivə»ni də elə gənc qapıçıya həvalə edəcək. Ancaq bu halda rəqib futbolçuların qapıya uzaqdan zərbələr endirmələrinə mane olmaq lazımdır.

Daha həyəcanlı görünən Aminə bu səddi aşmaq üçün həm azarkeş dəstəyi, həm də bir-iki epizodda qurtarışlar lazımdır”.

Elçin Cəfərov onu da əlavə edib ki, "Qarabağ" irəli xətdə pressinq tətbiq edərək, belçikalıların 1-ci və 2-ci zonalardan keçidlərini bağlamalıdır.

Bu halda meydannın rəqibə adi hissəsində itirilən topun tez bir müddətdə qazanılması komandamıza əlavə üstünlüklər yaradar:

“Gent" 3-5-2 oyun planına üstünlük verir. Müdafiənin mərkəzindən hücumlara sürətli keçidləri var. Yəni birinci zonadan ikinci zonaya keçid oyununu çox yaxşı icra etməyi bacarır.

«Gent»in müdafiəçisi Maykl Nqado-Nqacui bu mənada daha yaxşı təsir bağışlayır. "Gent" meydanda oyunçu paylaşımı, mövqe seçimi və sığortalamasını mükəmməl həyata keçirir.

Müdafiənin mərkəzində daha sayıq görünən belçikalılar cinahlarda heç də uğurlu deyil. Çünki matçın müəyyən hissələrində bəzən mərkəz müdafiəçiləri hücuma qoşularkən, itirilən toplardan sonra geriyə qayıtmada ciddi problem yaşayırlar”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti