Kimlər qurtarıldı? - VİDEO

16 Fevral 2023 08:40 Gündəm 375
Kimlər qurtarıldı? - VİDEO

Türkiyənin Kahramanmaraş şəhərində dağıdıcı zəlzələnin 10-cu günü 42 yaşlı qadın xilas edilib.

Yeraltı təkanlardan 222 saaat sonra Melike İmamoğlu dağıntılar altından sağ çıxarılıb.

Qadının sağ olması qənaətinə gələn xilasedicilər xüsusi vasitələrlə tunel açaraq onu dağıntılar altından çıxarmağı bacarıblar. Şüuru açıq olan qadın dərhal xəstəxanaya aparılıb. Onun səhhətinin hansı vəziyyətdə olması ətraflı müayinədən sonra məlum olacaq.

M.İmamoğlu zəlzələdən sonra rekord müddətə sağ xilas edilən şəxsdir. Dağıntılar altında axtarış-xilasetmə tədbirləri davam etdirilir.

***

Kahramanmaraşda 74 yaşlı Cemile Kekeç adlı digər bir qadın isə 227 saat sonra xilas edilib.

***

Bununla yanaşı, Hatayda zəlzələdən 228 saat sonra bir qadın 2 uşağı ilə birlikdə dağıntılar altından sağ çıxarılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti