Türkiyə və Suriyada baş verən dəhşətli zəlzələlərdən 10 gün keçir. Amma böyük faciənin üzüntüsü hələ də insanların hafizəsindən çıxmır.
Məsələn, Abdulaye Ba kimi. "Sabah"ın mərkəz müdafiəçisi günlər sonra yazdığı sözlərlə öz üzüntüsünü dilə gətirib.
O, çox sayda insan tələfatı ilə yadda qalan hadisə barədə öz instaqram hesabında paylaşım edib.
Nigeriyalı legioner qardaş Türkiyədə baş vermiş zəlzələnin miqyasını özündə əks etdirən fotoya bu sözləri yazıb:
"Kədərimi təsvir etmək üçün hələ də düzgün söz tapa bilmirəm. Lakin mən inanıram ki, Türkiyə və Suriya bu çətin günlərin öhdəsindən gələcək.
İnsan həyatının dəyərinə bərabər qiymət yoxdur. Mənim fikirlərim bu sınaqda sizinlə və bütün ailələrlədir. Dərin hüznlə başsağlığı verirəm. Sizə belə bir vəziyyətdə ümid edə biləcəyiniz bütün dəstək və güc arzulayıram".
31 yaşlı afrikalı “Porto”, “Fənərbaxça”, “Rayo Valyekano”, “Deportivo” kimi klublarda oynayıb. O, yayda Portuqaliyanın “Aruka” klubundan ayrılaraq “Sabah”a keçmişdi.
XANOĞLAN / SPORTİNFO.AZ

