Polşa və Xorvatiyanın ardınca növbəti dayanacaq Türkiyə oldu.
Yəqin ki, söhbətin kimdən getdiyi hər kəsə məlumdur.
Bəli, Azərbaycan millisinin üzvü Mahir Emreli bundan sonra karyerasını qardaş ölkədə davam etdirəcək.
Forvard "Konyaspor"la razılığa gəlib. 2024-cü ilə kimi "Dinamo" (Zaqreb) ilə müqaviləsi olan hücumçu yaya kimi icarə əsasında Türkiyə təmsilçisində çıxış edəcək.
Onun yeni forma nömrəsi isə 19 olacaq.
25 yaşlı futbolçumuzun Avropada növbəti dəfə klubunu dəyişməsi ölkəmizdə heç də birmənalı qarşılanmayıb.
Ona uğur arzulayanlar olduğu kimi, bir yerdə duruş gətirmədiyi üçün sarkazmla şərh yazanlar da az olmayıb.
Sosial şəbəkə istifadəçilərin seçmə rəylərin sizə təqdim edirik:
"Hiss eləmirsiz? Artıq "Qarabağ"a yaxınlaşır".
"Sərhədlər onsuz da bağlıdır, hava yolunu da bağlayın gələ bilməsin".
"Polşa, Xorvatiya, Türkiyə - Dairəvi Avropa turu davam edir".
"Konyaspor"da oyunu alınmayacaq".
"Futbolçu yox, dünyagəzər oldu".
"Sən Allah qayıt gəl".
"Bol-bol uğurlar. Allah qorusun".
"Xeyirli-uğurlu olsun. Allah utandırmasın. Amin".
"Oradan da "Qalatasaray"a".
XANOĞLAN / SPORTİNFO.AZ

