İstanbulda fəaliyyət göstərən bir qrup azərbaycanlı iş adamı Mübariz Mənsimova yeni təklif verib.
Onlar Türkiyədə futbol klubu almaq təşəbbüsü irəli sürüblər.
«Xəzər Lənkəran»ın sahibi bu ideyaya müsbət yanaşıb. 2016-cı ildə Azərbaycan futbolu ilə bütün bağlantılarını kəsmiş tanınmış oliqarx təklifin araşdırılması üçün işlərin başlanmasını tapşırıb.
O. alacaqları klubun İstanbulda yerləşməsində maraqlıdır.
Mənsimov «Beşiktsaş» Konqresinin keçmiş üzvüdür. Uzun illər «qara qartallar»a maddi-mənəvi dəstək verib. Əsasən də Yıldırım Dəmirörənin başqanlığı dönəmində.
Türkiyənin dövrü mətbuatı azərbaycanlı maqnatın adını dəfələrlə İstanbul nəhənginin prezidenti postuna namizəd göstərib.
Baxmayaraq ki, Mənsimov bu variantın reallaşmaq ehtimalını yazına buraxmayıb, belə bir istəkdə olmadığını bildirib.
O da məlumdur ki, Mənsimov hazırda Super Liqada mübarizə aparan «Kasımpasa»nı da illər öncə himayə edib. İş adamına məxsus şirkət İstanbul klubuna iri miqdarda vəsait ayırıb.
SPORTİNFO.AZ

