Super Liqa klubu Mahir Emrelini "Dinamo"dan birdəfəlik alacaqmı?

13 Fevral 2023 12:40 Gündəm 802
Super Liqa klubu Mahir Emrelini "Dinamo"dan birdəfəlik alacaqmı?

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin "Konyaspor"a transferinin detalları bəlli olub.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Superliqa təmsilçisi "Dinamo" dan (Zaqreb) icarəyə götürdüyü 26 yaşlı hücumçu ilə münasibətlərini rəsmiləşdirib.

İddiaya görə, forvardla cari mövsümün sonunadək müqavilə imzalayan Konya klubu ölkədəki zəlzələ ilə əlaqədar keçidi sosial şəbəkə hesablarından açıqlamayacaq.

Həmçinin bildirilib ki, "Konyaspor" futbolçunu yalnız Türkiyədəki çıxışı uğurlu olacağı halda yayda birdəfəlik transfer edəcək.

Mahir Emrelinin "Dinamo" ilə 2026-cı ilin iyununa kimi müqaviləsi var.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...