Messidən Türkiyədəki zəlzələ ilə bağlı ÇAĞIRIŞ

13 Fevral 2023 10:00 Gündəm 469
Messidən Türkiyədəki zəlzələ ilə bağlı ÇAĞIRIŞ

Argentina millisini və PSJ-nin futbolçusu Lionel Messi Türkiyə və Suriyada baş verən güclü zəlzələlər haqqında öz sosial şəbəkə hesablarında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, fəlakət səbəbindən məyus olduğunu bildirən 35 yaşlı hücumçu həlak olanlara görə başsağlığı verib.

“Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərdən zərər çəkən minlərlə uşaq və onların ailələri üçün çox kədərli bir zamandır. Ürəyim onlar üçün döyünür”.

Həmçinin, argentinalı futbolçu qayğıkeş azarkeşləri zəlzələdən zərər çəkmiş uşaqlara kömək etməyə çağırıb və xeyriyyə təşkilatının linkini öz paylaşımına əlavə edib.

Bundan əvvəl Messinin PSJ-nin heyətində geyindiyi və imzaladığı forması Türkiyə millisinin üzvü Merih Demiralın kampaniyası çərçivəsində hərraca çıxarılmışdı. Formanı satışından əldə olunan gəlir zəlzələdən zərərçəkənlərə dəstək məqsədi ilə Türkiyəyə göndəriləcək.

Fevralın 6-da Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib, 30 min nəfər həyatını itirib. Həmçinin həmin vaxt Suriyada yaşanan zəlzələdə də çox sayda insan dünyasını dəyişib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti