"Mahirə marağımız var, şərtlər uyğun olsa, onu almaq istəyirik"

13 Fevral 2023 00:30 Gündəm 1 015
"Mahirə marağımız var, şərtlər uyğun olsa, onu almaq istəyirik"

"Konyaspor"un idman direktoru Mustafa Göksu Mahir Emreli ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, "CBC Sport"a danışan klub funksioneri "Dinamo"nun hücumçusu ilə danışıqlar apardığını deyib:

"Mahirə marağımız var. Şərtlər uyğun olsa, onu almaq istəyirik. Danışıqlar 90 faiz bitib. Onu bura çağırırıq".

Qeyd edək ki, Mahir Emreli ötən ilin yanvar ayından "Dinamo"da çıxış edir. O, cari mövsümdə Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 13 matçda 3 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti