Mahir "Konyaspor" yolunda bir FOTO PAYLAŞDI

12 Fevral 2023 22:20 Gündəm 1 556
Mahir "Konyaspor" yolunda bir FOTO PAYLAŞDI

«Dinamo»dan ayrılan Mahir Emreli hazırda Türkiyədədir.

Millimizin hücumçusu «Konyaspor»la icarə müqaviləsi imzalamaq üçün bu şəhərə yollanıb.

O, səfərlə bağlı sosial şəbəkədə paylaşım edərək təyyarədən foto yerləşdirib.

Mövsümün sonunadək Super Liqa təmsilçisinin formasını geyinəcək 26 yaşlı forvard yayda Zaqrebə qayıtmaya bilər.

Xorvatiya klubu ötən ilin yanvarında «Legiya»dan transfer etdiyi və 4,5 illik müqavilə bağladığı Mahirin xidmətində artıq maraqlı deyil. «Konyaspor» satınalma hüququ ilə onu sıralarına qatıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti