Azərbaycan millisinin futbolçusu Anton Krivotsyukun Polşa karyerası başa çatıb.
2021-ci ilin yayında "Neftçi"dən "Visla"ya 70 min avro qarşılığında keçən müdafiəçi bu gün Plotsk təmsilçisi ilə yollarını rəsmən ayırıb.
O, bundan sonra Cənubi Koreyada legioner həyatı yaşayacaq. 25 yaşlı arxa xətt oyunçusu "Tecon Xana Sitizen"la müqavilə imzalamaq üçün ariıq sözügedən ölkəyə yollanıb.
SPORTİNFO.AZ

