"Qurban Qurbanov "Neftçi"yə qayıtsa, avtoritetini ayaq altına atmış olar”

11 Fevral 2023 21:00 Gündəm 1 752
"Qurban Qurbanov "Neftçi"yə qayıtsa, avtoritetini ayaq altına atmış olar”

SOCAR-ın prezidenti və "Neftçi"nin Müşahidə Şurasının yeni sədri Rövşən Nəcəf maraqlı fikrə düşüb.

O, Qurban Qurbanovu paytaxt klubuna qaytarmaq istəyir.

Neft şirkətiinin rəhbəri bu barədə arzusunu yaxın çevrəsinə bildirib. Nəcəf 14 ildən artıqdır "Qarabağ"ı çalışdıran təcrübəli mütəxəssisi yenidən "Neftçi"də görmək niyyətində olduğunu söyləyib.

SOCAR-ın prezidenti əmin olduğunu deyib ki, o, təkrar qayıdışa razılıq versə, "Neftçi"nin həyatında ən parlaq dönəm başlayacaq.

Bu barədə informasiya bir neçə gün əvvəl özəl olaraq saytımızda dərc edilmişdi.

Xəbər futbol ictimaiyyətində geniş rezonans doğurdu. Futbol adamları, fanatlar tərəfindən Qurbanovun “Neftçi”yə qayıdış ehtimalı qızğın müzakirələrə yol açdı.

“Ağ qaralar”ın fanatlarının əksəriyyəti bu keçid üçün sevinclərini gizlətməyib.

Ağdamlıların tərəfdarları isə ümumiyyətlə belə bir ayrılığı ağıllarının ucuna da gətirmədiklərini dilə gətiriblər.

Maraqlı olacağını nəzərə alıb, sosial şəbəkələrdə yazılan şərhlərdən bəzilərini sizə təqdim edirik:

"Hamımız onda gedək SOCAR-a (gülür)".

"Qurban Qurbanovun "Neftçi"ni necə tərk etdiyini düşünün. Komandanı çempion edə bilmədiyi üçün göndərilib. Əgər qayıtsa, avtoritetini ayaq altına atmış olar".

"Qurban hocaya xarici klublardan xeyli təklif var. Gedəsi olsa, "Neftçi"ni neyləyir, elə xarici kluba gedər. O, ölkə daxilində özünü necə lazımdır təsdiq edib".

"Qurbanov heç vaxt "Qarabağ"ı tərk etməz".

"Bu ayrılığa heç inana bilmirəm".

"Bu baş versə, "Qarabağ" üçün sonun başlağıcı olar".

"Evinə xoş gəlir".

"Nə gizlədim, çox sevinərdim".

"Neftçi" bəlkə onda ağ günə çıxa".

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti