Daha bir neçə dünya ulduzu Türkiyəyə bu cür yardım etdi

11 Fevral 2023 10:00 Gündəm 538
Daha bir neçə dünya ulduzu Türkiyəyə bu cür yardım etdi

PSJ-nin futbolçular Kilian Mbappe və Neymar, həmçinin "Real"dan Eden Hazard Türkiyə millisinin üzvü Merih Demiralın ölkədə baş verən güclü zəlzələdən zərərçəkənlərə dəstək olmaq üçün başlatdığı kampaniyaya qatılıblar.

Sportinfo.az xəbər verir ki, futbolçuların imzalı formaları Demiral vasitəsi ilə hərraca çxıarılıb.

Formanın satışından əldə olunan gəlir zəlzələdən zərərçəkənlərə yardım məqsədi ilə Türkiyəyə göndəriləcək.

Daha əvvəl Kriştiano Ronaldo, Leonardo Bonucci, Paulo Dibala, Alvaro Morata, Antuan Qrizmann, Erlinq Haaland, Lionel Messi, Kevin de Brüyne, İlkay Gündoğan, Emre Can, Harri Keyn, Deyan Kuluşevski də imzalı formalarının Merih Demiral vasitəsi ilə satışa çıxarılmasını və əldə olunan gəlirin Türkiyəyə göndərilməsini istəyib.

Rnaldo, Bonucci və Dibalanın forma satışından qazanılan 5 milyon Türk lirəsi artıq qardaş ölkəyə göndərilib.

Fevralın 6-da Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Son məlumatlara görə, fəlakət nəticəsində 21 min nəfərdən çox insan ölüb, 81 min nəfərdən çox şəxs isə yaralanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti