Türkiyəli məşqçi zəlzələ qurbanlarına görə "Qarabağ" formasını satışa çıxardı - FOTO

11 Fevral 2023 09:20 Gündəm 770
Türkiyəli məşqçi zəlzələ qurbanlarına görə "Qarabağ" formasını satışa çıxardı - FOTO

"Qarabağ"ın sabiq məşqçisi atdığı nəcib addımla yadda qalıb.

Söhbət bir müddət Qurban Qurbanovun köməkçisi kimi işləmiş türkiyəli mütəxəssis Mehmet Akdan gedir.

O, Türkiyədə baş verən dəhşətli zəlzələdən zərər çəkənlərə yardım etmək üçün öz formasını satışa çıxarıb.

Mehmet bəy 2008-2009 mövsümündə Azərbaycan kubokunu qazandıqları imzalı formanın ilkin qiymətin 1000 dollar dəyərində müəyyən edib.

Satışdan əldə olunacaq gəlir zəlzələ qurbanlarına dəstək üçün yaradılmış fonda ianə olunacaq.

Mütəxəssis bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

40 yaşlı çalışdırıcı müxtəlif vaxtlarda ölkəmizdə "Qarabağ" və "Neftçi"də işləyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti