Klubu Premyer Liqaya buraxsalar… AFFA ilə danışıqlar başladı

9 Fevral 2023 13:00 Gündəm 2 024
Klubu Premyer Liqaya buraxsalar… AFFA ilə danışıqlar başladı

AFFA və Naxçıvan Futbol Federasiyası arasında danışıqlar başlayıb.

Tərəflər Naxçıvan şəhər stadionunun yenidən qurulmasıyla bağlı məsləhətləşmə aparır.

Burada hər şey «Araz Naxçıvan»la bağlıdır. Belə ki, I Divizionda mübarizə aparan bölgə təmsilçisi növbəti mövsüm Premyer Liqada çıxış etməyə iddialıdır.

AFFA «ağ-qırmızılar»ı elita iştirakçıları sırasına qoşsa, Muxtar Respublikanın mərkəzi arenası tez bir zamanda təmirə bağlanacaq.

Təbii meydançanın süni qazonla əvəzlənməsi nəzərdə tutulub. Belədə artıq may ayında söküntü işlərinə başlanacaq və avqustadək başa çatdırılacaq.

Həmçinin stadionun ərazisində yardımçı meydançanın salınması planlaşdırılıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti