Azərbaycan millisinin rəqibi yeni baş məşqçi tapdı - İTALYAN

8 Fevral 2023 17:20 Gündəm 405
Azərbaycan millisinin rəqibi yeni baş məşqçi tapdı - İTALYAN

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçikanın yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Belçika Kral Futbol Assosiasiyasının mətbuat xidməti Domeniko Tedeskonun komandanın sükanı arxasına gətirildiyini açıqlayıb.

38 yaşlı italiyalı mütəxəssis AVRO-2024-ün sonuna qədər müqavilə imzalayıb. O, bu postda 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatından sonra istefaya göndərilən Roberto Martinezi əvəzləyib.

Azərbaycan seçmə mərhələnin F qrupunda Belçika seçməsi ilə sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti