Paşinyan hökuməti Qarabağı təslim etməyə hazırlaşır - Erməni ekspert AÇIQLADI

7 Fevral 2023 12:50 Gündəm 302
Paşinyan hökuməti Qarabağı təslim etməyə hazırlaşır - Erməni ekspert AÇIQLADI

“Rusiya xarici işlər naziri Sergey Lavrovun və digər rəsmilərin bəyanatlarına Ermənistanda çox kəskin reaksiya verirlər, indiki hökumətin ifadələrinə isə məhəl qoymurlar”.

Bunu politoloq Qagik Ambaryan deyib.

“Bəli, Lavrov qəbuledilməz ifadələr işlədib, faktiki olaraq Ermənistanı işğalçı adlandırıb. Lakin bir "amma" var. Lavrov, heç olmasa, 7 rayonun işğalını deyir, lakin indiki hökumət bura Qarabağı da qatır”, - deyə, Ambaryan "168 Jam" telekanalında bildirib.

Erməni ekspertin fikrincə, Ermənistan hakimiyyəti "Artsax"ı təslim etməyə hazırdır. Onun sözlərinə görə, bundan sonra Qarabağda yalnız “Azərbaycanın əllərini öpməyə” hazır olanlar qalacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!