Ermənilər qorxuya düşüb

7 Fevral 2023 03:20 Gündəm 526
Ermənilər qorxuya düşüb

On illər boyunca Türkiyə və Azərbaycana qarşı şər-böhtanlarından əl çəkməyən ermənilər indi də növbəti fitnə-fəsada əl atıblar.

Belə ki, Armavir rayonunun Marqara kəndinin sakinləri Ermənistan-Türkiyə quru sərhədinin açılması ilə bağlı prosesdən bəhs edərək “təhlükəsizlik” sarıdan narahat olduqlarını söyləyirlər.

Bu günlərdə Ermənistanı Türkiyə ilə birləşdirən Marqara körpüsündə müəyyən işlər həyata keçirilib. Erməni mediası əlavə edir ki, bundan sonra sakinlərin onların kəndindən sərhədin açılacağı ilə bağlı ehtimalları da əsaslı olub.

Bildirilir ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin 2022-ci il iyulun 1-də Vyanada keçirilən dördüncü və indiyədək sonuncu görüşündə hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırılması, habelə quru sərhədinin vətəndaşlar üçün açılması barədə razılıq əldə edib.

Proses nəticəsində 30 ildir bağlı olan Ermənistan və Türkiyənin quru sərhədlərinin də vətəndaşların gediş-gəlişi üçün açılacağı güman edilir.

Hava yüklərinə qoyulan qadağanın aradan qaldırılması ilə bağlı razılaşma tamamlansa da, quru sərhədlərinin açılması prosesi hələ də davam edir. Bu istiqamətdə yaradılmış işçi qrupları fəaliyyət göstərir.

Məqalədə bildirilir ki, Sovet İttifaqı dövründə Marqara kəndinin yerində, 1960-cı illərdə Araz çayı üzərindən məşhur Marqara körpüsü, eləcə də nəzarət-buraxılış məntəqəsi tikilib, lakin keçid məntəqəsi istifadəyə verilməyib.

Erməni mediası yazıb ki, hökumət sərhədlərin açılmasının ölkə iqtisadiyyatına müsbət təsir edəcəyini iddia edir. “Margara sakinləri isə təhlükəsizlikdən qorxurlar, bir çoxları indi sərhədi açmağın vaxtı olmadığına inanır”-məqalədə bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti