Karyerasını Azərbaycanda davam etdirəcək - Belçika klubundan ayrıldı

3 Fevral 2023 13:20 Gündəm 1 262
Karyerasını Azərbaycanda davam etdirəcək - Belçika klubundan ayrıldı

"Ekselsior"un futbolçusu Ayyub Allah karyerasını Azərbaycanda davam etdirəcək.

Sportinfo.az Belçika mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi bu səbəbdən klubu ilə müqaviləsini pozub.

Mərakeş əsilli belçikalı oyunçunun Azərbaycanın hansı komandasına keçəcəyi hələlik bəlli deyil.

Ayyub Allah bu mövsüm "Ekselsior"un heyətində 14 oyun keçirib. O, daha əvvəl ölkəsində "Lyers" və ABŞ-da "Sportinq Kanzas Siti"inin də formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti