Ermənistan Zəngəzuru xaricilərə satır - MƏKRLİ PLAN

2 Fevral 2023 13:30 Gündəm 1 870
Ermənistan Zəngəzuru xaricilərə satır - MƏKRLİ PLAN

Ermənistan Zəngəzur mahalını, Sünik adlandırdıqları vilayəti xaricilərin tam nəzarətinə verməyə başlayıb.

Vilayətin qubernatoru Robert Qukasyan deyib ki, Avropa İttifaqı, Avropa İnvestisiya Bankı, Aİ-nin üzvü olan Avstriya, Fransa, Almaniya, Polşa, İsveç və İsveçrənin tərəfdaş kimi birgə təşəbbüsü ilə “Davamlı Sünik. Avropa komandası” regiona ilkin olaraq 51 milyon avro investisiya qoyacaqlar.

Qubernator deyib ki, Aİ bu addımı ilə Azərbaycanın Zəngəzurla bağlı iddialarına münasibətini nümayiş etdirir.

Qukasyan deyib ki, artıq iki müqavilə imzalanıb. Dəyəri 11 milyon avro olan birinci müqavilə “Sünikin bərpa, davamlılıq və inkişaf proqramı”dır ki, infrastrukturun təkmilləşdirilməsinə yönəldiləcək. Qubernator bunu qısa müddət ərzində böyük təsirə malik olacaq çox mühüm layihə hesab edir.

“Sünikdə, xüsusən də kiçik kənd yaşayış məntəqələrində çoxlu problemlər var və bu dəstək onların həllinə yönələcək. Əminəm ki, bu, bütün regiona çox müsbət təsir göstərəcək”, - Qukasyan bildirib.

Qubernatorun sözlərinə görə, ayrılan məbləğlər xüsusilə kiçik şəhərlərdə infrastruktur problemlərinin həllinə kifayət edəcək. Təşəbbüsün ilkin büdcəsi təxminən 51 milyon avrodur, gələcəkdə onun daha artırılacağı gözlənilir.

Sünik

adlandırdıqları ərazi əslində tarixən Azərbaycanın Zəngəzur mahalıdır, indiki Ermənistanın Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri rayonlarını əhatə edir.

Qubernatorun “Aİ bu addımı ilə Azərbaycanın Süniklə bağlı iddialarına münasibətini nümayiş etdirir” fikiri xüsusilə diqqət çəkir. Bu o deməkdir ki, Ermənistan Zəngəzur dəhlizini əngəlləmək üçün onu xaricilərə “icarəyə verir”.

Ermənistanın Bakı və Moskvanın iradəsinə zidd olaraq sərhədə Avropa İttifaqının iki illik müşahidə missiyasını yerləşdirdikdən sonra indi həm hər iki dövlət, eləcə də Türkiyə üçün də vacib olan Zəngəzura Avropa investisiyasını cəlb edir.

Bu, bölgəni dirçəltməkdən daha çox Zəngəzur dəhlizinin əngəlləməsinə yönəlik addımdır. Qeyd edək ki, müharibədən dərhal sonra bəzi erməni siyasətçiləri Sünik vilayətində Rusiya hərbi bazasının yerləşdirilməsinə dair təkliflər səsləndirmişdilər.

Görünür, Ermənistan rəhbərliyi həm də bu cür perspektivi əngəlləmək üçün bölgəni Avropanın “nüfuz dairəsinə” verməyi qərarlaşdırıblar.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"