Məşhur "Neftçibaza"nı kim və niyə sökür? - FOTOREPORTAJ

1 Fevral 2023 20:20 Gündəm 1 554
Məşhur "Neftçibaza"nı kim və niyə sökür? - FOTOREPORTAJ

Bakı şəhəri, Nərimanov rayon Azadlıq prospekti 123 ünvanında yerləşən,

Gənclər və İdman Nazirliyinin (GİN) tabelyində fəaliyyət göstərən Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzinin (keçmiş"Neftçibaza") söküntüsünə başlanılıb.

Sportinfo.az-ın əməkdaşı məşhur məkana baş çəkib və prosesin gedişi ilə tanış olub

. Verilən məlumata görə, bu iş GİN-nin razılığı və nəzarətiylə görülür. Belə ki, cüdo və güləş federasiyaları burada böyük yenidənqurma aparmaqla bağlı nazirlikdən icazə alıb.

Söküntü "Neftçibaza"nın bütün ərazisini əhatə edir. 50 ildən artıqdır təmir olunan idman mərkəzi, deyə bilərik ki, yararsız vəziyyətdə fəaliyyət göstərib.

İstifadə müddəti bitən inzibati və yardımçı binalar, həmçinin manej, fitnes zalı və futbol meydançası bura daxildir.

"Neftçibaza"nin yenidən tikintisi əsasən Azərbaycan Cüdo Federasiyasının üzərindədir. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin prezidenti olduğu federasiya inşaatı qarşıdakı 1-1,5 ildə başa satdırmalıdır.

Daha sonra mərkəz həm cüdoçuların, həm də güləşçilərin ixtiyarına veriləcək. Futbolla məşğul olan uşaq və yeniyetmələr, həmçinin gənclər də buradan yararlana biləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti