"Qarabağ Azərbaycana verilib, siz isə hələ də müqavimət göstərirsiz"

27 Yanvar 2023 13:30 Gündəm 430
"Qarabağ Azərbaycana verilib, siz isə hələ də müqavimət göstərirsiz"

“Ermənistan hakimiyyəti faktiki olaraq Qarabağı Azərbaycana verib, siz isə hələ də müqavimət göstərirsiniz”.

Erməni hüquq müdafiəçisi, ictimai xadim Avetik İşxanyan yazır.

“Hamı Ruben Vardanyanın BBC-yə müsahibəsində verdiyi cavabları müzakirə edir. Həqiqətən də Ruben Vardanyan bütün “təxribatçı” suallara cavab verdi.

Amma mən deyərdim ki, erməni xalqı üçün ən ağır sual Ermənistan hakimiyyətinin faktiki olaraq Qarabağı Azərbaycana təhvil verməsi ilə bağlı olub.

Ruben Vardanyan təbii ki, cavab verdi, lakin sual artıq verilib və bunu inkar etmək mümkün deyildi. Qarabağ Azərbaycana verilib. Siz isə hələ də müqavimət göstərirsiniz.

Əslində jurnalist bu sualı ilə hamımızın fikrini alt-üst edib”, – deyə İşxanyan bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"