“Ayaz Rusiyada qalsa, Azərbaycan millisinə gəlmək şansı az görünür”

26 Yanvar 2023 00:30 Gündəm 508
“Ayaz Rusiyada qalsa, Azərbaycan millisinə gəlmək şansı az görünür”

“Ayaz Quliyevlə söhbətdə belə başa düşdüm ki, karyerasını Rusiyada davam etdirmək istəyir”.

Sportinfo.az xəbər verir ki, bunu “report”a Azərbaycan millisinin skautu İlqar Qurbanov yığmaya çağırılması gündəmdə olan “Ximki”nin futbolçusu Ayaz Quliyevlə görüşü barədə danışarkən deyib.

Gənc mütəxəssis Antalyada bir araya gəldiyi 27 yaşlı yarımmüdafiəçinin Azərbaycan klublarına keçmək variantına müsbət yanaşmadığını söyləyib.

Onun sözlərinə görə, oyunçu Rusiyada legioner sayılmamaq üçün Azərbaycan millisində oynamaqda tərəddüd edir:

“Görüşümüzün səbəbi milli komanda idi. Real yanaşsaq, Ayazın Rusiyada qaldıqca Azərbaycan millisinə gəlmək şansı az görünür.

Belədə Rusiyada legioner sayılacaq. Bir tərəfdən futbolçunu da qınaya bilmirəm. Çünki pasportunu dəyişdikdən sonra Rusiyada legioner kimi çıxış etməli olacaq. Bu, böyük problemdir”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!