“Sən onu Azərbaycana gətirmək üçün 15 min dollar maaş təklif etməlisən”

25 Yanvar 2023 21:40 Gündəm 1 259
“Sən onu Azərbaycana gətirmək üçün 15 min dollar maaş təklif etməlisən”

“Avropa futbolunda bir ara durğunluq idi, indi hər yerdə maaşlar artıb və artmaqdadır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında menecer Erkin İbrahimov deyib.

Premyer Liqada iştirakçı sayı artıb, “Qarabağ” ikinci ildir avrokuboklarda qrup mərhələsini adlayır.

Əcnəbi futbolçu, agent və skautların futbolumuza marağı artmaqdadır, yoxsa əvvəlki kimi qalıb?

Tanınmış agenti dinləyək:

“Macarıstan, Slovakiya, Serbiya kimi ölkələrdə yaxşı pul verirlər. Serbiyalı tanışım var, Slobodan Simoviç, əvvəl BATE-də oynayırdı, sonuncu mövsümü Macarıstan “Kişvarda”sında çıxış edib.

Qış fasiləsində öz ölkəsinə gedib adını ilk dəfə eşitdiyim “Kolubara” ilə aylıq 8 min avro maaşla müqavilə bağladı.

Serbiyalı evinin içində 8 min qazanırsa, sən onu Azərbaycana gətirmək üçün 15 min təklif etməlisən.

Əvvəl tutaq ki, Serbiyadan illik 40-50 min avroya futbolçu gətirə bilirdimsə, indi həmin pulu vətənində qazanır. Bizdə isə əvvəlki illərə nisbətən təklif olunan məvacib xeyli azalıb”.

Digər Xəbərlər
Xəbər Lenti