Azərbaycan klublarının diqqətinə - UEFA transfer qaydalarını dəyişir

25 Yanvar 2023 03:00 Gündəm 772
Azərbaycan klublarının diqqətinə - UEFA transfer qaydalarını dəyişir

UEFA transfer qaydalarını dəyişməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, buna səbəb İngiltərə klubu “Çelsi”nin oyunçu keçidləri zamanı yararlandığı metodun digər klublar tərəfindən tənqid olunmasıdır.

Ukraynalı futbolçu Mixail Mudriki heyətinə qatan London təmsilçisi razılığa əsasən, transfer pulunu Donetsk “Şaxtyor”una 8 il ərzində hissə-hissə ödəyəcək. “Zadəganlar” bununla maliyyə feyr-pley qaydalarını pozmaqdan qurtulurlar.

FIFA-nın nizamnaməsinə görə, ödəniş maksimum beş ili əhatə edə bilər. Ancaq “Çelsi” bu mənada istisna olub. Qayda dəyişikliyi paytaxt klubunun son keçidlərinə şamil edilməyəcək.

“Çelsi” Mixail Mudriki “Şaxtyor”dan 70+30 milyon avroya transfer edib.

Digər Xəbərlər
Xəbər Lenti