İrəvanda müharibəyə hazırlaşırlar: “Bakı gözlənilməz zərbə endirəcək”

24 Yanvar 2023 12:30 Gündəm 442
İrəvanda müharibəyə hazırlaşırlar: “Bakı gözlənilməz zərbə endirəcək”

"2020-ci ilin müharibəsi bitməyib, dayanıb və böyük müharibə hələ qarşıdadır".

Bu iddia ilə erməni hərbi ekspert Karen Hovhannisyan çıxış edib.

Hovhannisyan iddia edir ki, müharibə passiv mərhələdədir:

“Aktiv mərhələyə keçəndə Azərbaycan gözlənilməz ssenari ilə hərəkət edəcək. Lakin tammiqyaslı müharibə 44 günlük müharibə ssenarisi üzrə olmayacaq, daha fərqli və genişmiqyaslı olacaq”.

Bu ilin başlanğıcından Ermənistanın ekspert və siyasi dairələrində müharibə qorxusundan tez-tez bəhs edilir. Beynəlxalq ekspertlər də Ermənistan və Azərbaycan arasında müharibə ehtimalını yüksək qiymətləndirir.

Buna səbəb Ermənistanın öhdəliklərini yerinə yetirməməsi və 44 günlük müharibədən sonra regionda yaranmış sülh reallığını dəyişdirmək cəhdləridir.

Digər Xəbərlər
Xəbər Lenti