"Vatsap"da yeni funksiya - İndi özünə mesaj göndərmək imkanı var

23 Yanvar 2023 12:10 Gündəm 402
"Vatsap"da yeni funksiya - İndi özünə mesaj göndərmək imkanı var

Vatsapda yeni funksiya hazırlanıb.

"WhatsApp" messencerində proqram yeniləməsinin təsvirinə əsasən, indi özünə mesaj göndərmək imkanı var.

"Özünüzlə yazışmalar üçün çat yaradın, burada cihazlar arasında sinxronlaşdırılan qeydləri və xatırlatmaları saxlamaq rahat olacaq", - deyə tərtibatçılar bildiriblər.

Qeyd olunur ki, indi proqramda çatda tarixə görə axtarış edə bilərsiniz və yeni məxfilik parametri əlavə edilib: indi onlayn statusu kimin görə biləcəyinə qərar verə bilərsiniz.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!