Acımıza şərik olan əcnəbilər: ONLAR KİMLƏRDİR? - FOTOLAR

21 Yanvar 2023 19:40 Gündəm 457
Acımıza şərik olan əcnəbilər: ONLAR KİMLƏRDİR? - FOTOLAR

Dünən ölkəmizdə 20 yanvar faciəsinin ildönümü qeyd olundu.

Xalqımıza qarşı törədilən ən qəddar cinayətlərdən biri - 20 Yanvar faciəsinin 33-cü ili arxada qaldı.

Ümumxalq Hüzn günü futbol ictimaiyyəti də Şəhidlər Xiyabanın ziyarət etdi. Həmin günün acısını sosial şəbəkələrdə paylaşdıqları postlarla xatırlayanlar da az deyildi.

Sevindirici haldır ki, belələri arasında ölkəmizdə çıxış edən və ya nə vaxtsa çıxış etmiş əcnəbi futbolçular da vardı. Amma təəssüf ki, onların sayı barmaq sayı qədər də olmadı.

Düzdü, legionerlərin bu haqqda paylaşım etmək kimi öhdəlikləri yoxdur. Ancaq çörəyini yediyin ölkənin xoş günündə, pis günündə onun vətəndaşlarının yanında olduğunu əyani göstərmək, düşünürəm ki, həm də bir mənəvi borc sayılmalıdır.

Biz isə acımıza şərik olanları sizə təqdim edirik. Bəlkə, bu, digərlərinə də yaxşı nümunə olmuş olar.

Riçard Almeyda - "Qarabağ"ın və milli komandamızın braziliyalı yarımmüdafiəçisi

Ruan Renato - "Qəbələ"nin braziliyalı mərkəz müdafiəçisi.

Yusuf Laval - Bir neçə gün əvvəl "Neftçi"dən ayrılan nigeriyalı vinger

Anatole Abanq - "Şamaxı"nın nigeriyalı sabiq forvardı

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti