"Qarabağda yolun bu gün açılacağı barədə şayiələr yayılıb"

21 Yanvar 2023 12:30 Gündəm 545
"Qarabağda yolun bu gün açılacağı barədə şayiələr yayılıb"

Qarabağda yolun bu gün açılacağı ilə bağlı şayiələr yayılıb.

bu barədə erməni nəşri “Hraparak” yazıb.

“Bir gün əvvəl Qarabağda şayiələr yayıldı ki, “prezident” Arayik Arutyunyan Azərbaycan hakimiyyətinin nümayəndələri ilə görüşündə Rusiya sülhməramlılarının vasitəçiliyi ilə yolun yanvarın 20-də, yəni bu gün açılacağı barədə razılığa gəliblər.

Siyasi dairələrdən apardığımız sorğu nəticəsində məlum oldu ki, bu, çətin ki, belədir. Çünki həmin görüşdən sonra Arutyunyan “parlament üzvləri” ilə qapalı müzakirə aparıb və Azərbaycanın tələblərini qəbul etmədiyini bildirib. Deməli, yolun açılması məsələsi yenə qeyri-müəyyən qaldı.

Azərbaycanın tələblərinə gəlincə, biz bu barədə artıq yazmışıq: Ruben Vardanyanın ölkədən çıxarılması, ordunun darmadağın edilməsi, mina əməliyyatlarının dayandırılması, rentgen skanerlərinin quraşdırılması və keçid məntəqəsində Azərbaycan sərhədçilərinin olması”, – deyə qəzet bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı