İmişlidə faciəli şəkildə dünyasın dəyişən gənc qapıçıdan xatirə qalan qurtarış - VİDEO

23 Yanvar 2023 19:40 Gündəm 531
İmişlidə faciəli şəkildə dünyasın dəyişən gənc qapıçıdan xatirə qalan qurtarış - VİDEO

Azərbaycan futbol camiəsi dünənki səhəri ağır xəbərlə açdı.

Söhbət "İmiş"li komandasının yetirməsi olan Feyziyev Miryusifin dünyasın dəyişməsindən gedir.

O, yaşadığı ünvanda dəm qazından zəhərlənərək ölüb.

"Mil Muğan"ın U16 komandasında qapıçı duran Miryusif, həm də Birinci Divizionda çıxış edən "İmişli"də məşqlərə qatılırmış.

Komanda yoldaşları Miryusifin yaxşı insan olması ilə bərabər, həm də istedadlı qapıçı olmasını böyük üzüntü ilə dilə gətirirlər.

Elə onun dostlarından birinin redaksiyamıza göndərdiyi videoda da 15 yaşlı qolkiperin oyunlardan birində etdiyi əla seyv yer alıb.

Təəssüf ki, qəfl ölüm onun parlaq gələcəyinin önünü kəsmiş oldu.

Allah rəhmət eləsin!

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!