Artıq gələn ay… Futbol qurumundan SEVİNDİRİCİ XƏBƏR!

19 Yanvar 2023 14:40 Gündəm 874
Artıq gələn ay… Futbol qurumundan SEVİNDİRİCİ XƏBƏR!

Bakıda tikiləcək yeni stadionla bütün suallara fevralda aydınlıq gələcək.

Bu barədə Sportinfo.az-a Azərbaycan Minifutbol Federasiyasının (AMF) mətbuat xidmətinin rəhbəri Sərxan Abışov məlumat verib.

Onun bildirdiyinə görə, federasiya minifutbol standartlarına uyğun arenanın inşası ilə bağlı təşkilati məsələləri həll etmək, smetanı müəyyənləşdirmək üzrədir:

«Artıq gələn ay bütün planlar açıqlanacaq. Yer baxımından bir neçə variant var.

Elə məkan seçməyə çalışırıq ki, orada bütün infrastrukturu qura bilək.

Federasiyamızın fəxri prezidenti Orxan Məmmədov bu kimi bütün işləri şəxsi nəzarətində saxlayır və onların həlli üçün köməklik göstərir.

Yer seçiləndən sonra onun tikintisi sürətlə gedəcək. Stadion hazır olsun, ondan belə Azərbaycanda minifutbol üzrə mötəbər beynəlxalq turnirlərin tez-tez keçirilməsi gözləniləndir».

Digər Xəbərlər
Xəbər Lenti