Qarabağın azad olunmuş digər ərazilərində də "Ağıllı şəhər" və "Ağıllı kənd" tikiləcək

18 Yanvar 2023 02:30 Gündəm 382
Qarabağın azad olunmuş digər ərazilərində də "Ağıllı şəhər" və "Ağıllı kənd" tikiləcək

"Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin azad olunmuş digər ərazilərdə də həyata keçirilməsi planlaşdırılır.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix ilə görüşündə deyib.

Prezident Zəngilan rayonunda "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin uğurla icra olunduğunu qeyd edib, bu işlərin işğaldan azad olunmuş digər ərazilərdə də həyata keçirilməsinin planlaşdırıldığını vurğulayıb.

Dövlət başçısı “CISCO” şirkəti tərəfindən hazırlanan "Azərbaycanın ağıllı şəhər strukturu barədə məruzə"yə görə minnətdarlığını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti