"Həll edə bilməz" - Separatçı rejimlə Paşinyan arasındakı ziddiyyətlər

17 Yanvar 2023 13:50 Gündəm 239
"Həll edə bilməz" - Separatçı rejimlə Paşinyan arasındakı ziddiyyətlər

“Dağlıq Qarabağ (Rusiya sülhməramlılarının nəzarəti altındakı ərazilərdə qurulan qondarma rejim nəzərdə tutulur - red.) və Ermənistan hakimiyyəti arasında ən mühüm məsələlərdə ziddiyyətlər var”.

Bunu jurnalistlərə müsahibəsində yerli müxalifətçi deputat, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan deyib.

Onun sözlərinə görə, qondarma qurumun rəhbərliyində artıq Ermənistanın bu məsələdə yeritdiyi siyasətin yerli ermənilərin mənafelərinə zidd olduğu fikri hakimdir.

Abramyanın iddiasına əsasən, ilk ciddi mübahisə 2022-ci ilin aprelində yaşanıb. Həmin vaxt Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsinin ölkə üçün bir nömrəli olmadığını deyib, müxtəlif hökumət rəsmiləri isə Qarabağın Azərbaycanın tərkibində gələcəyi ola biləcəyini açıq şəkildə bəyan etməyə başlayıb.

“Ermənistan bəyan edir ki, onun Dağlıq Qarabağın siyasəti və təhlükəsizliyi məsələsində heç bir əlaqəsi yoxdur. Bu, tərəflər arasında mübahisələrə səbəb olan ən mühüm məsələdir.

Ermənistan özünü sırf humanitar və sosial məsələlərlə məhdudlaşdırmağa çalışır, lakin rəsmi İrəvanın dəstəyi olmadan “Dağlıq Qarabağ” (qondarma, oyuncaq qurum - red.) qarşıda qoyduğu vəzifələri həll edə bilməz”, - deyə Tiqran Abramyan qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti