İspaniya KİV-i iddia edir: Məşhur hücumçuya Azərbaycandan iki təklif var

17 Yanvar 2023 01:10 Gündəm 1 120
İspaniya KİV-i iddia edir: Məşhur hücumçuya Azərbaycandan iki təklif var

İspaniyalı Xese Rodriqez karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, İspaniyanın "Relevo" nəşri "Ankaragücü" ilə yollarını ayıran hücumçuya Azərbaycandan iki təklifin olduğu barədə məlumat yayıb.

Ancaq Xeseyə hansı klubların maraq göstərməsi barədə məlumat verilməyib. İspaniyalı yarımmüdafiəçi üçün digər variant isə "Sidney"dir.

Xese başqa təkliflər gözləyərək, gələcək bütün təkliflərdən sonra seçim etməyi planlaşdırır.

O, daha əvvəl “Real”, “Las Palmas”, “Betis”, PSJ, “Stok Siti”, “Sportinq” klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti