Nə "Qarabağ", nə də "Neftçi"… Ən azı 1 milyon avro istəyir

16 Yanvar 2023 14:40 Gündəm 2 125
Nə "Qarabağ", nə də "Neftçi"… Ən azı 1 milyon avro istəyir

PSJ və "Real"ın sabiq forvardı Xese Rodriges yenidən klubsuz qalıb.

29 yaşlı ispaniyalı "Ankaragücü"ndən ayrılıb.

Türkiyə klubu onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. O, Ankara təmsilçisindən ayrılan 8-ci futbolçu olub.

Sırf maliyyə problemlərinə görə. Super Liqada qalmaq uğrunda mübarizə aparan "Ankaragücü" maddi sıxıntılarla üzləşib və yüksəködənişli oyunçularının tələblərini yerinə yetirməyə çətinlik çəkir.

Xesenin adı bir müddət əvvəl "Qarabağ" və "Sabah"la hallanırdı. O, həqiqətən Azərbaycan klublarına təklif olunub. lakin tələblə istək arasında ciddi fərq üzə çıxıb.

Belə ki, Xese Rodrigesi Azərbaycana gətirmək üçün ona minimum 1 milyon avro ödənilməlidir. Bu pulu vermək isə…

Hələlik heç bir Premyer Liqa təmsilçisinin imkanı daxilində deyil.

İspanı əlçatmaz edən digər səbəb isə bahalı həyata öyrəşməsi, özü və sevgilisi üçün xüsusi şəraitin yaradılmasını (hər oyunda əsas heyətdə meydana çıxmaq, matçbaşı, ikiqat mükafat, ayrıca villa, avtomobil, ildə 8 təyyarə bileti və.s.) tələb etməsidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"