"İndiki vəziyyətdə istefa vermək fikrində deyiləm"

16 Yanvar 2023 13:50 Gündəm 360
"İndiki vəziyyətdə istefa vermək fikrində deyiləm"

“Xüsusilə indiki vəziyyətdə istefa vermək fikrində deyiləm.

Eyni zamanda, ölkə prezidentinin və deməli, parlamentin də istefası qəbuledilməzdir”.

Xankəndidəki qondarma rejimin “dövlət naziri” Ruben Vardanyan “Facebook” da belə yazıb. Vardanyan deyib ki, bu vəziyyətdə təslim olmağa haqqımız yoxdur.

Bundan əvvəl Infoport.am saytı Qarabağdakı mənbələrinə istinadən xəbər vermişdi ki, Ruben Vardanyan “dövlət naziri” vəzifəsindən azad ediləcək. Saytın mənbələrinə görə, onun yerinə qondarma “daxili işlər naziri” Karen Sərkisyan təyin ediləcək.

RTVI-ya müsahibəsində isə Vardanyan Rusiya, Avropa və ABŞ-ı Azərbaycana qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırıb. Vardanyan onlara hətta yol da göstərib: “Həm Rusiya, həm Avropa, həm Amerika bir araya gələrək bəyan etməlidir ki, dəhlizin bağlanması öz torpaqlarında yaşayan insanlara təzyiq göstərmək, onları qış şəraitində belə şəraitdə yaşamağa məcbur etmək qəbuledilməz üsullardır. Azərbaycanın rəhbərliyinə qarşı şəxsi sanksiyalar tətbiq etmək, bu respublikada tədbirlər keçirməkdən imtina imkanlar var ".

Vardanya yenə də ağlaşma qurub, ermənilərin yanacaqsız, qidasız və rabitəsiz yaşamağa məcbur olduğunu deyib. “Hava kifayət qədər soyuqdur, nəinki ərzaq, dərman və yanacaq yoxdur, hətta bütün iqtisadiyyat əsasən dayanıb. Təəssüf ki, vəziyyət yaxşılaşmır.” Vardanyan yenə dəı deyib ki, “çətinliklərə baxmayaraq, əhali böyük mətanətlə dözür.”

Yanvarın 14-də saxta “parlament”in sədri Artur Tovmasyan isə “mövcud böhranlı vəziyyətdən çıxmaq üçün növbədənkənar parlament və prezident seçkilərinin keçirilməsinin mümkünlüyünü” istisna etməyib.

Tovmasyan deyib ki, “siyasi təcrübəsi və keçdiyi yol”onun “president seçkilərində” namizədliyini irəli sürməsini mümkün hesab edir. "Mən mütləq həm növbədənkənar parlament, həm də növbədənkənar prezident seçkilərində namizəd kimi iştirak edəcəyəm, əlbəttə ki, ilk növbədə siyasi qüvvəmiz və geniş ictimai dairələrlə məsləhətləşərək", deyə, Tovmasyan bildirib.

Blokadada olduğunu deyən Vardanyan “yeni nazir” Arsen Qazaryanın Ermənistanda necə peyda olması haqda danışmayıb. Erməni mediası yazır ki, David Babayanın yerinə “xarici işlər naziri” təyin edilən Arsen Qazaryanı İrəvanda olub. Onu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qəbul edib.

Ararat Mirzoyan Qarabağlı həmkarı Qazaryanla Dağlıq Qarabağda Laçın dəhlizi ilə bağlı vəziyyəti müzakirə ediblər.

Radikal “Milli Demokratik Qütb” təşkilatı isə Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının girişində yenə etiraz aksiyası keçiriblər. Bu barədə “Sputnik Ermənistan” xəbər verib. Aksiya iştirakçıları əvvəlcə “Ana Ermənistan” memorialına toplaşıb, daha sonra hərbi bazaya avtoyürüş təşkil ediblər. Etirazçılar Rusiya sülhməramlılarından Laçın dəhlizinin açılmasına nail olmağı tələb ediblər.Bir neçə çıxışdan sonra etirazçılar “ictimaiyyəti məlumatlandırmaq” üçün şəhərin küçələri ilə yürüş edəcəklərini bildiriblər.Xatırladaq ki, oxşar anti-Rusiya aksiyası yanvarın 8-də də keçirilib.

Digər Xəbərlər
Xəbər Lenti