Müharibənin gedişatı dəyişir - Bu ərazinin "açar"ı RUSİYANIN ƏLİNDƏ

15 Yanvar 2023 03:40 Gündəm 574
Müharibənin gedişatı dəyişir - Bu ərazinin "açar"ı RUSİYANIN ƏLİNDƏ

Rusiyanın muzdlu Vaqner qruplaşmasının başçısı Yevgeni Priqojin Ukraynanın şərqindəki, Avropanın ən böyük duz mədəninin yerləşdiyi Soledar şəhərinə nəzarəti ələ keçirdiklərini açıqlayıb.

Priqojin şəhər mərkəzi uğrunda döyüşlərin davam etdiyini bildirib.

Rusiya şəhərin mərkəzində qalan ukraynalı əsgərlərə təslim olmaq üçün gecəyə qədər vaxt verib.

Rusiya Soledarı strateji Baxmut şəhəri və Donbas bölgəsinin açarı kimi görür. Bu səbəbdən günlərdir bölgədə qanlı qarşıdurmalar yaşanır.

Rusiyanın şəhəri ələ keçirdiyinə dair iddialara baxmayaraq, Ukrayna prezidenti Volodimir Zelenski və Ukrayna hərbi komandanlığı Soledarın itkisini təsdiqləməyib.

Həmin bəyanat Ukrayna Müdafiə Nazirliyindən gəlib. Nazirlik dünən axşam rəsmi Tvitter hesabında açıqlama verib:

“Böyük itkilər verdikdən sonra belə, Rusiya hələ də manyakcasına Avropanın ən böyük duz mədəninin yerləşdiyi Soledarı ələ keçirməyə çalışır”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"