Paşinyandan Azərbaycanla bağlı SENSASİON AÇIQLAMA

12 Yanvar 2023 01:20 Gündəm 970
Paşinyandan Azərbaycanla bağlı SENSASİON AÇIQLAMA

“Ermənistan-Türkiyə sərhədinin və dəmir yolunun açılması qlobal əhəmiyyət kəsb edir.

“Nəqliyyat əlaqələri nəzərindən regionun logistik əhəmiyyəti dəyişir, daha vacib rol oynayır.

Ermənistanla Türkiyə arasında sərhədlərin, o cümlədən dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyacaq. Həmçinin Azərbaycanın digər hissəsi ilə Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin bərpası vacibdir”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, İrəvan və Ankara təkcə danışıqlar aparmamalıdır, prosesin dinamikasını artıran konkret addımlar da atılmalıdır:

“Xüsusi nümayəndələrin işinin davam etməsi, Prezident Rəcəb Tayyib Ərdoğanla birbaşa danışıqlar vacibdir. Ümid edirəm ki, yaxın gələcəkdə sərhəd üçüncü ölkə vətəndaşları üçün açılacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!