“İcazə verin, düzünü deyim, ola bilsin ki, o, millinin yeni baş məşqçisi olacaq”

10 Yanvar 2023 00:00 Gündəm 544
“İcazə verin, düzünü deyim, ola bilsin ki, o, millinin yeni baş məşqçisi olacaq”

Braziliyalı keçmiş futbolçu Karlos Alberto Joze Mourinyonun Braziliya millisini çalışdıracağını deyib.

Sportinfo.az xəbər verir ki, o, portuqaliyalı mütəxəssisin onunla çalışmaq istədiyini də vurğulayıb:

“İcazə verin, düzünü deyim. Ola bilsin ki, Mourinyo Braziliya millisinin yeni baş məşqçisi olacaq.

Bu xəbəri açıq şəkildə sizinlə paylaşıram. O, həmçinin mənə təklif edib ki, məşqçilər korpusunda onunla birgə çalışım”.

Mourinyo məşqçilik karyerası ərzində heç vaxt milli komanda ilə işləməyib.

O, klub səviyyəsində “Portu”, “Benfika”, “Çelsi”, “Mançester Yunayted”, “Tottenhem”, “Real” və “İnter”in baş məşqçisi olub. Mourinyo hazırda İtaliya təmsilçisi “Roma”nın “sükanı arxasındadır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti