"Əgər o, “Zenit” və "Qarabağ” arasında seçim edirsə…"

8 Dekabr 2022 12:40 Gündəm 1 437
"Əgər o, “Zenit” və "Qarabağ” arasında seçim edirsə…"

"Zenit"in baş direktoru Aleksandr Medvedev adı "Qarabağ" və "Neftçi" ilə hallanan Nurali Aliplə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, "sport24.ru" saytına danışan klub rəsmisi qazaxıstanlı müdafiəçinin buradan ayrılacağı xəbərlərini təkzib edib:

“Alipin “Zenit”dəki gələcəyi yaxın zamanda məlum olacaq. Klubdan ayrılacağı ilə bağlı çıxan xəbərlər yalandır. Rəsmi məlumatı gözləyin”.

Nurali Alip müqavilə ilə "Kayrat"a məxsusdur. 23 yaşlı mərkəz müdafiəçisi icarə əsasında "Zenit"də çıxış edir.

Qazaxıstanın vesti.kz portalı onun "Zenit"dən ayrılmasını daha yaxşı variant adlandırıb. Belə ki, həmkarlarımız Alipin karyerasını Azərbaycanda davam etdirməsinin özü üçün də yaxşı olacağını qeyd edib:

"O, "Zenit"də qəfəsdəki qızıl kimidir. 10-15 dəqiqə meydana çıxması ona kifayət etməyəcək.

Əgər “Zenit” və "Qarabağ” arasında seçim edirsə, inkişafı üçün Bakıya getməsi məsləhətdir. Bundan əlavə, avrokubok faktoru var. Bu isə daha vacibdir".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"