“Bu axmaqlar bizi qələbəyə aparacaq”

7 Dekabr 2022 15:30 Gündəm 444
“Bu axmaqlar bizi qələbəyə aparacaq”

“Rusiya ordusu döyüş meydanında Ukrayna ordusunu məğlub edə bilmir və bu səbəbdən də ölkənin dinc əhalisinə qarşı raketlərlə döyüşür”.

Bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

“Lakin bu axmaqlar öz hücumları ilə tərəfdaşlarımızın bizə dəstəyini gücləndirir və bununla da Ukraynanın qələbəsini yaxınlaşdırır.

Onların (rusiyalıların – red.) məntiqi çox sadədir, onlar döyüş meydanında Ukrayna Silahlı Qüvvələrinə və ümumilikdə Müdafiə Qüvvələrimizə qalib gələ bilmirlər. Buna görə də dinc əhaliyə qarşı müharibəyə başlayıblar.

Onların arzusu Ukrayna xalqının “artıq bəsdir, təslim olmaq və rəhbərliyi danışıqlar aparmağa vadar etmək istəyirik” deməsi üçün bizi qaranlıq və aclığa düçar etməkdir”, – deyə Reznikov qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti