Ronaldonun yeni klubu - 500 milyon avro qazanacaq

6 Dekabr 2022 00:00 Gündəm 250
Ronaldonun yeni klubu -  500 milyon avro qazanacaq

Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə anlaşıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Bildirilib ki, “Əl-Nəsr” 37 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalayacaq.

Müqavilənin 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcəyi deyilir.

Ronaldonun yeni klubunda illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacağı bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti