Belçikanı Azərbaycanla oyuna bu məşhur çıxaracaq?

3 Dekabr 2022 10:40 Gündəm 839
Belçikanı Azərbaycanla oyuna bu məşhur çıxaracaq?

Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Belçika yığmasının yeni baş məşqçisi əfsanəvi fransalı futbolçu Tyerri Anri ola bilər.

Sportinfo.az xəbər verir ki, Belçika Futbol Assosiasiyası Qətərdə keçirilən dünya çempionatından sonra istefa verən Roberto Martinesin yerinə Anrini əsas namizəd hesab edir.

Qurumun digər namizədi millinin sabiq kapitanı Vensan Kompanidir. Ancaq assosiasiya rəhbərliyi ilk növbədə Anrini baş məşqçi postuna gətirməkdə maraqlıdır. Tərəflər arasında hətta ilkin danışıq da olub.

AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda Belçika ilə Azərbaycan milliləri arasında ilk oyunu 2023-cü il sentyabrın 9-da Bakıda, cavab görüşü noyabrın 19-da Brüsseldə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti