Ayaz Quliyevə Azərbaycan pasportu verilib? - federasiyadan RƏSMİ AÇIQLAMA

1 Dekabr 2022 19:40 Gündəm 707
Ayaz Quliyevə Azərbaycan pasportu verilib? - federasiyadan RƏSMİ AÇIQLAMA

Bir neçə saat əvvəl Rusiya mətbuatı “Ximki”nin futbolçusu Ayaz Quliyevə Azərbaycan pasportu verilməsi barədə xəbər yayıb.

Məlumat qısa müddətdə Azərbaycan mətbuatının manşetlərinə çıxıb.

Yayılan informasiyanın doğruluğunu dəqiqləşdirmək üçün AFFA-nın mətbuat xidməti ilə əlaqə saxladıq.

Sorğumuza cavab olaraq qurumun rəhbəri Firuz Abdulla yayılan informasiyanın həqiqətə uyğun olmadığını bildirib:

"Yox, bu xəbər həqiqəti əks etdirmir. Belə bir şey yoxdur".

Ayaz Quliyev “Ximki”yə bu ilin iyulunda Tula “Arsenal”ından keçib. O, klubu ilə 2024-cü ilin yayına kimi müqavilə imzalayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti