"Müharibə o zaman bitəcək ki..."

1 Dekabr 2022 12:50 Gündəm 446
"Müharibə o zaman bitəcək ki..."

Ukrayna Prezidenti Vladimir Zelenski deyib ki, müharibə ya Ukrayna qalib gələndə, ya da Rusiya Federasiyası istədiyi zaman bitəcək.

Həmçinin, Ukrayna Rusiyanın təcavüzünə mane olmasa, o zaman bu müharibə başqa ərazilərə, hətta ola bilsin ki, başqa qitələrə də yayılacaq.

Zelenski ukraynalıların realist olduğunu qeyd edib:

"Onlar başa düşürlər ki, Rusiya Federasiyası ilə müharibə vəziyyətindədirlər və onların ərazisində İkinci Dünya Müharibəsindən sonra ən böyük hərbi əməliyyatlar aparılır və bu əməliyyatlar müharibə cinayətləri ilə müşayiət olunur: işgəncə, zorlama, mülki obyektlərə və infrastruktura raket hücumları".

"Bu, biz qalib gələndə və ya Rusiya Federasiyası istəyəndə bitəcək. Ola bilər ki, Rusiya Federasiyası bunu yalnız özünü zəif, təcrid olunmuş və heç bir tərəfdaşı olmadığını hiss edəndə istəyəcək", - prezident deyib.

Zelenski bildirib ki, Ukraynaya tərəfdaşlar və bütün azad dünyanın dəstəyi çox vacibdir. O, müharibədən qaçaraq dünyanın müxtəlif ölkələrindən sığınacaq istəməyə məcbur olan Ukrayna vətəndaşlarına yardım edən hər həsə və bütün ölkələrə təşəkkür edib.

Eyni zamanda, Zelenski Ukraynaya göstərilən beynəlxalq yardımın dəyərini hesablamağa və ya ölkədəki müharibəni digər münaqişələrlə müqayisə etməyə çalışan Rusiya tərəfdarlarının dediklərini təkrarlamamağa çağırıb.

Dövlət başçısı qeyd edib ki, bu müharibənin zərərləri ilk növbədə təkcə Ukraynada deyil, bütün dünyada azadlıq və demokratiya uğrunda mübarizə aparan Ukrayna vətəndaşlarının həyatı ilə ölçülür.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"