“Tezliklə önəmli xəbərlərimiz olacaq - Bu, uduzanların qisasıdır”

25 Noyabr 2022 15:50 Gündəm 452
“Tezliklə önəmli xəbərlərimiz olacaq - Bu, uduzanların qisasıdır”

“Mən demək olar ki, hər saat işğalçıların Xersona və regionun digər bölgələrinə hücumları barədə xəbərlər alıram.

Belə terror Rusiya ordusu Xerson vilayətini tərk etməyə məcbur olandan dərhal sonra başladı. Bu, uduzanların qisasıdır”.

Bunu Ukraya Prezidenti Volodimir Zelenski müraciətində bildirib.

Onun sözlərinə görə, Rusiya necə mübarizə aparacağını bilmir və buna görə də terrora əl atır. Enerji, artilleriya və raket terroru ölkənin deqradasiyasının nəticəsidir:

“Yalnız torpaqlarımızın azad edilməsi və Ukrayna üçün etibarlı təhlükəsizlik təminatları xalqımızı Rusiyanın istənilən eskalasiyasından qoruya bilər. Bunun üçün biz hər gün tərəfdaşlarla işləyirik. Tezliklə önəmli xəbərlərimiz olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"