"DÇ-2022"nin ən böyükhesablı qələbəsi dünən reallaşdı.
E qrupunda qərarlaşan İspaniya və Kosta-Rika arasında baş tutan matç avropalıların darmadağını ilə başa çatdı - 7:0.
Bu qələbədən sonra "Qarabağ" azarkeşlərinin yadına "Qəbələ" - "Neftçi" matçı düşüb.
Belə ki, ağdamlıların ən məşhur azarkeş səhifələrindən biri olan "Since1951" ispanların qələbəsini özündə əks etdirən fotonu paylaşaraq, bu sözləri yazıb: "Qəbələ", 90 dəqiqəyə 8 qolu necə sığışdırdın?".
Təbii ki, burada söhbət 2016-cı ildə bölgə klubunun bakılıları uğratdığı 8:0-lıq darmadağından gedir.
İspanların belə 90 dəqiqəyə sığdıra bilmədiyi 8 qolun sirri "qırmızı-qaralar" posta tag edilərək öyrənilməyə cəh olunub.
XANOĞLAN / SPORTİNFO.AZ

