Millinin baş məşqçisi gələn həftə… AFFA rəhbərliyi yığışır

1 Oktyabr 2022 21:00 Gündəm 551
Millinin baş məşqçisi gələn həftə… AFFA rəhbərliyi yığışır

Gələn həftə AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçiriləcək.

Bu barədə Sportinfo.az-a qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məlumat verib.

Onun sözlərinə görə, gündəliyə millilərin baş məşqçiləri ilə bağlı bir sıra məsələlər daxildir.

Federasiyanın press-ateşesi bildirib ki, əsas yığmanın çalışdırıcısı Canni De Byazi ilə dünən bitən müqavilənin yenilənib-yenilənməyəcəyi də qarşıdakı toplantıda bəlli olacaq:

«Komitənin konkret hansı gün bir araya gələcəyi hələ dəqiqləşməyib. Bu, bilinən kimi AFFA-nın rəsmi saytı vasitəsilə ictimaiyyətə məlumat veriləcək».

Digər Xəbərlər
Xəbər Lenti